Modern.az

Bakıda zavod yandı

Bakıda zavod yandı

Aktual

21 Oktyabr 2012, 15:01

Abşeron rayonu, Mehdiabad qəsəbəsində Abşeron Şərab Açıq Səhmdar Cəmiyyətinə məxsus zavodda güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zavodda ümumi sahəsi 1000 kv.m olan spirt saxlanılan anbarda həcmi 25 ton olan çəndən ətrafa dağılmış spirt məhsulları 100 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi və içərisinə yığılmış spirt dolu çənlər yanğından mühafizə olunüb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər işçi yanıq xəsarətləri ilə aidiyyəti üzrə aparılıb. Güclü yanğının qarşısını almaq mümkün olub.

Qeyd edək ki, dünən baş verən hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü