Modern.az

Bəşər Əsədin pulunun miqdarı açıqlandı

Bəşər Əsədin pulunun miqdarı açıqlandı

Dünya

23 Oktyabr 2012, 10:58

“İnvestopedia” saytı dünyanın ən varlı səkkiz diktatorunun adını açıqlayıb. Modern.az bildirir ki, siyahıya hakimiyyətdən salınmış, vəfat etmiş və ya hazırda hakimiyyətdə olan beş ərəb dövlət başçısı daxildir.
Siyahıya Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafi rəhbərlik edir. Qəddafidən əlavə daha dörd ərəb dövlət rəhbəri bura daxildir. Bunlar, Suriya prezidenti Bəşər Əsəd, 70 milyard dollarlıq sərvəti ilə Misirin keçmiş prezidenti Hüsnü Mübarək, 32 milyard dollarlıq sərvəti ilə Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh və 7 milyard dollarlıq sərvəti ilə Tunisin sabiq prezidenti  Zeyn Əl Abidin Ben Əli daxildir.
Suriya prezidenti Bəşər Əsədin şəxsi sərvətinin 1.5 milyard dollar olduğu, lakin ümumilikdə Əsəd ailəsinin sərvəti əlavə olunduqda bu miqdarın 122 milyard dollara çatdığı bildirilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var