Modern.az

Həmkarlar İttifaqı tələbələrə təqaüd verdi

Həmkarlar İttifaqı tələbələrə təqaüd verdi

Aktual

23 Oktyabr 2012, 13:18

Bu gün yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təqaüdü verilib. Təqaüdü komitənin sədri, millət vəkili Səttar Mehbalıyev təqdim edib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar diləyib.

 Qeyd edək ki, tələbələrə bu cür təqaüd verilmə ənənəsi 1995-ci ildən mövcuddur. O zamandan bu günə kimi qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1500 nəfərdən artıq tələbə bu təqaüddən yararlanıb. Təqaüdün sabit miqdarı isə 50 manatdır və bir sessiya ərzində hər ay verilir.
 

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü