Modern.az

Eldar Həsənov: "Elşad Abdullayevi həyatımda bircə dəfə görmüşəm"

Eldar Həsənov: "Elşad Abdullayevi həyatımda bircə dəfə görmüşəm"

Aktual

24 Oktyabr 2012, 14:40

Hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayev Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin arxasında Azərbaycanın Rumıniya və Serbiyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənovun olduğu iddiasını irəli sürüb. 
Eldar Həsənov "Yeni Müsavat"a açıqlamasında bu iddiaya münasibət bildirib. E.Həsənovun sözlərinə görə, iddia o qədər gülünc və əsassızdır ona cavab verməyə vaxt ayırmaq istəmir:

“Bilirsiniz ki, mən istər iqtidar, istər müxalifət qəzeti olsun, səviyyəsinə hörmətim olan qəzetin və müxbirin suallarından heç vaxt qaçmamışam, onu cavabsız qoymamışam. Amma indi siz Eynulla Fətullayevin gülünc bir fikri barədə mənə sual verirsiniz. O cür gülünc bir məsələyə nə cavab verəsən? Yazıqdır mənim buna itirdiyim vaxtım. Səninlə bir qələm sahibi kimi saatlarla söhbət edim. Amma konkret bu məsələ gülünc və uydurma olduğu üçün ona cavab verməyə vaxt ayırmaq istəmirəm. Mən Eynullanı tanıyıram, zaman-zaman mənim əleyhimə uydurma yazılar yazıb. Mən təəssüf edirəm ki, bəzi qələm sahibləri iftiralardan yorulmayıblar. Amma o biri insanı (Elşad Abdullayevi nəzərdə tutur) həyatımda bircə dəfə hansısa tədbirlərin birində görmüşəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var