Modern.az

Jurnalistlər bayram günlərində də iş başında olacaqlar? - SORĞU

Jurnalistlər bayram günlərində də iş başında olacaqlar? - SORĞU

Aktual

24 Oktyabr 2012, 17:22

Sabahdan başlayaraq 2 gün müqəddəs Qurban bayramını qeyd edəcəyik. Məhz bu səbəbdən dövlət orqanlarında qeyri-iş günü olacaq. Maraqlıdır, hər zaman iş başında olan jurnalistlərimiz bu dəfə də bayramı iş başında keçirəcəklər?

Modern.az jurnalistlər arasında sorğu keçirib.

Lent.az saytı bayram olmasına baxmayaraq, adi qaydada işləyəcək. Saytın baş redaktoru Qabil Abbasoğlu bildirib ki, jurnalistlər digər günlərdə necə işləyirlərsə, bayram günlərində də elə işləyəcəklər.

“Yeni Müsavat” qəzetinin işçiləri isə bayram ənənəsinə sadiq qalıb, istirahət edəcəklər. Qəzet baş redaktorunun müavini Azər Ayxan deyib ki, ayın 25, 26, 27-də bayram tətilindədirlər.
“Bu gün qəzetimizin sabaha çapı hazırlanır. 4, 5, 6-ci günlər bayram tətilindəyik. Bazar günü işləyəcəyik və birinci gün qəzet çap olunacaq”.

“Xalq Cəbhəsiqəzeti də bayram günlərini işdə yox, evdə qeyd edəcəklər. Qəzetin baş redaktoru Elçin Mirzəbəyli: “Ənənəvi qayda olaraq bayram günləri qəzet çıxmayacaq. Bu, müqəddəs bir bayramdır. Təsəvvür edin ki, hər gün işləyən jurnalistlərimiz necə yorulurlar, ona görə də bayram günlərini boşa vermək olmaz. Bayram tətilindən qayıtdıqdan sonra növbəti həftənin birinci günüdən işə başlayacağıq”.

“Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev deyib ki, bayram günləri işləyib-işləməmələri hələ məlum deyil: “Mətbəə işləyəcəksə, biz də işləyəcəyik, yox əgər işləməyəcəksə, biz də işləməyəcəyik“.

Gün az. saytı bayram günlərini iş başında qeyd edəcək. Saytın məsul redaktoru Emil Quliyev deyib ki, bayram günləri yüngülləşdirilmiş iş rejimi olacaq. “Bu saytdır deyə, fəaliyyətini davam etdirməlidir. Ona görə də saytın fəaliyyəti üçün işçilərin bəziləri olacaq“.

Yeni Azərbaycan” qəzetinin də əməkdaşları bayram günləri işləməyəcəklər. Qəzetin əməkdaşı Nurlan Qələndərli bildirib ki, sabah və birigün qəzet əməkdaşları üçün qeyri-iş günüdür: “Bayram günlərində biz işləməyəcəyik. Altıncı və bazar günləri bizdə iş olmur. Ona görə də gələn həftənin birinci günündən işə çıxacağıq.

Şərq” qəzetinin əməkdaşları da bayram günləri istirahət edənlərdəndir. Qəzetin baş redaktoru Akif Aşırlı:Bayram günlərində istirahət edəcəyik. Bu gün işləyirik, sabah qəzetimiz satışda olacaq. Birinci gündən işə başlayacağıq. Bayram günlərində “Azərbaycan” Nəşriyyatı işləmir deyə, biz də işləmirik “.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli deyib ki, bayram günlərində qəzet fəaliyyət göstərməyəcək. “Bayram günləri heyf ki azdır. Biz də bu günlərdə istirahət edəcəyik və gələn həftənin birinci günündən işə çıxacağıq“.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü