Modern.az

Xarici şirkətdə Azərbaycan vətəndaşlarına qarşı özbaşınalıq

Xarici şirkətdə Azərbaycan vətəndaşlarına qarşı özbaşınalıq

1 Noyabr 2012, 14:03

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər vətəndaşlarımızın əmək hüquqlarını kobud surətdə pozmaqda davam edir. Belə şirkətlərdən biri də Rod Freyzerin başçılıq etdiyi “Stork Technical Services (RBG) Limited” adlanan şirkətdir.

Modern.az-a verilən məlumata görə, bu ilin iyul ayında əməkdaşları kütləvi şəkildə ixtisar etməyə başlayan şirkətin baş menecer Rod Freyzerin imzası ilə işçilərə göndərdiyi bildirişdə məlum olub ki, onların işlədiyi 10 il əmək kitabçasına yazılmayıb.
Adıçəkilən şirkətdə “Security guard” (təhlükəsizlik işçisi) vəzifəsində işləyən Həsənov Ağasəlim Bəhman oğlu hüquqlarının pozulması ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilova müraciət edib. S.Vəkilovun verdiyi məlumata görə artıq A.Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilib. S.Vəkilov onu da qeyd edbi ki, Müvəkkil Hüquq Mərkəzi təkcə Ağasəlim Həsənovun hüquqlarının müdafiəsi ilə kifayətlənməyəcək, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı ictimai kampaniyaya başlayacaq. O cümlədən vətəndaşlarımızın əmək və sosial hüquqlarının təmin olunması ilə bağlı Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı monitorinq aparacaq.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü