Modern.az

Zahid Oruc İsa Qəmbər və Əli Kərimliyə müraciət etdi

Zahid Oruc İsa Qəmbər və Əli Kərimliyə müraciət etdi

Aktual

1 Noyabr 2012, 17:46

Millət vəkili Zahid Oruc İctimai Palatanın sabah parlamentin qarşısında keçirəcəyi icazəsiz piketlə bağlı müxalifəti istefaya çağırıb. Bu barədə Modern.az-a açıqlama verən deputat bildirib ki, müxalifət hakimiyyəti istefaya səsləmək fikrindən daşınaraq özləri siyasi meydandan uzaqlaşmalıdırlar.

“Piket İctimai Palatanın sona qədər tapa bilmədiyi perspektivin və yeganə özünü reallaşdırma üsulunun  axırıncı sığınacaqlarıdır.Virtual şəbəkənin eyforiyası altında hərəkət edirlər. Bu palata  mitinq üzrə ixtisaslaşmış mərkəz kimi piketlə siyasi hadisələrin gedişini dəyişməyə ümid edir. Ənənəvi taktikadır. O vaxt da parlamentdən keçərək iqtidarı ələ keçirmişdilər. Lakin indi  xalqsız cəbhə durumunda  situasiyanı köklü olaraq müxalif istiqamətə yönəltmək imkanında deyillər. Üstəlik, palataya toplaşan və belə aksiyaların daimi sifətləri olan şəxslər heç bir intellektual və siyasi keyfiyyətləri ilə pislədikləri deputatlardan yuxarıda deyillər. Əgər, istefa lazımdırsa, bunu müxalifətdə qocalanlar etməlidir”, -deyə Z.Oruc müxalifətə etiraz edib.

Qeyd edək ki, İctimai Palata sabah saat 12:00-da “Sərbəst toplaşmaq haqqında” qanuna təklif edilən dəyişikliklərə etiraz olaraq parlamentin qarşısında piket keçirəcək.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü