Modern.az

Ölkədə yeni siyasi konfiqurasiya qurulub - Ədalət Vəliyev

“Ölkədə yeni siyasi konfiqurasiya qurulub” - Ədalət Vəliyev

Aktual

21 Sentyabr 2021, 14:13

"Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatlar nəticəsində ölkədə iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub, siyasi partiyalarla iş yenidən təşkil edilib".

 

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

 

PA-nın şöbə müdiri qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü