Modern.az

Pakistanda terakt: 4 hərbçi şəhid oldu

Pakistanda terakt: 4 hərbçi şəhid oldu

Dünya

26 Sentyabr 2021, 12:08

Pakistanın cənub -qərbində yerləşən Bəlucistan əyalətində baş verən partlayış nəticəsində 4 hərbi qulluqçu həlak olub, 2-si yaralanıb.

 

Modern.az "CNN"ə istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 

 

Məlumata görə, terrorçular hərbi maşına partlayıcı qurğu yerləşdiriblər.

 

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı üzərinə götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü