Modern.az

Qafqaz Universiteti Türkiyənin iki ali məktəbi ilə anlaşdı

Qafqaz Universiteti Türkiyənin iki ali məktəbi ilə anlaşdı

16 Noyabr 2012, 18:20

Qafqaz Universiteti ilə qardaş Türkiyənin iki universiteti arasında anlaşma memorandumu imzalanıb. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qafqaz Universiteti ilə qardaş Türkiyənin “Muğla Sıtkı” və “Rizə Rəcəb Tayyib Ərdoğan” Universitetləri arasında anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanma mərasimi Qafqaz Universitetinin Tempus ofisində keçirilib.
Tədbiri giriş sözü ilə açan  Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən  danışıb. Rektor  müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söyləyib. Daha sonra rektor nitqində Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarını məclis iştirakçılarının diqqətinə çatdırıb. Rektor Ahmet Saniç cıxışını başa vurduqdan  sonra söz Türkiyədən gələn Muğla Sıtkı universitetinin rektoru, professor Mansur Harmandara verilib. Rektor “Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum,  bəli indi də gəldim gördüm,  duyduğum kimidir sizlərə başarılar arzulayıram” söyləyib.
Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaz Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açıb. 
Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Qafqaz Universitetinin rektoru  Ahmet Saniç qardaş Türkiyənin Muğla Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları imzalayıblar. 
Memorandumda universitetlər arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə- müəllim mübadiləsi məsələləri nəzərdə tutulub.

Anar Kəlbiyev 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü