Modern.az

Nazirdən məktəb direktorlarına ciddi ittiham

Nazirdən məktəb direktorlarına ciddi ittiham

Aktual

17 Noyabr 2012, 12:26

Modern.az saytının məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün "2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri"nə dair  kollegiya iclası keçirib.

Misir Mərdanov bildirib ki, 2012-2013-cü tədris ili üzrə ümumtəhsil müəssisələrində 3270 vakant yer müəyyənləşdirilib. Vakant yerlərin 293-ü Bakı şəhərində, 2977-si respublikanın digər rayon və şəhərlərindəki orta məktəblərdə müəyyənləşdirilib.

Peşə liseyləri üzrə isə 48 vakant yer olub. Ümumilikdə bu il 3270 vakant yerə 2797 nəfər işə qəbul olunub. M.Mərdanov bildirib ki, bu il vakant yerlərə ən çox ibtidai sinif və ingilis dili fənləri üzrə sənədlər daxil olub. Belə ki, 143 ibtidai sinif müəllimi yerinə 3764, 247 xarici dil müəllimi  yerinə isə 2731 nəfər sənəd verib.

Nazir iclasın gedişində bəzi rayon Təhsil şöbələrinin müdirlərini orta məktəblərin direktorlarını vakant iş yerlərini gizlətməkdə günahlandırıb.

"Çox təəssüf ki, müəllimlərin işə qəbulu ilə bağlı yerlərdən aldığımız məlumatlar həqiqətləri əks etdirmir. Bəzi məktəb direktorları və rayon Təhsil şöbələri hələ də gizli vakant yerlər saxlamaqla məşğuldurlar".


Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü