Modern.az

Odlar yurdum, Azərbaycan!

Odlar yurdum, Azərbaycan!

17 Noyabr 2012, 12:57


Nazim Zakir oğlu Zeynalov
 

Şeiri mərhum prezident, ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf edirəm

Odlar yurdum, Azərbaycan!

Dünya birdi, sən də birsən,
Ən müqəddəs ocaq, pirsən,
Möcüzəsən, qədim sirsən,
Tarixinə qurban bu can,
Odlar yurdum, Azərbaycan!

Xəzərin bir sonsuz ümman,
Havan, suyun cana dərman,
Nəbzinlə birgə vuran,
Bu ürəyim sənə qurban,
Odlar yurdum, Azərbaycan!

Xanımların tər çiçəkdi,
Igidlərin nər biləkdi,
Anaların bir mələkdi,
Ataların dağdı inan,
Odlar yurdum, Azərbaycan!

Müdriklərin ünvanısan,
Haqqın əzəl divanısan,
Sən ruhumun yuvasısan,
Qoy başına dönsün bu can,
Odlar yurdum, Azərbaycan!

Heydərimin adı, sanı,
İlhamımın gülüstanı,
Millətimin şah dastanı,
Var olduqca deyəcəm can,
Azərbaycan, Azərbaycan!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü