Modern.az

“Erməni soyqrımı: mif və gerçəklik” kitabının təqdimatı keçirildi

“Erməni soyqrımı: mif və gerçəklik” kitabının təqdimatı keçirildi

Aktual

17 Noyabr 2012, 14:07

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Erməni soyqrımı: mif və gerçəklik” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə rəsmi şəxslər, o cümlədən Milli Məclisin üzvləri, eləcə də mətbuat nümayəndələri, ziyalılar, elm və mədəniyyət adamları iştirak edib.

Qeyd edək ki, “Erməni soyqrımı: mif və gerçəklik” kitabının elmi redaktoru və məsləhətçisi Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri, tarix elmlər doktoru, professor Əli Həsənov, layihənin ideya müəllifi millət vəkli Adil Əliyevdir. Kitaba hüquq elmləri doktoru, professor Kamil Səlimov, hüquq elmləri doktoru Midhət Quliyev, Milli Məclisin deputatıları Fuad Muradov, Musa Quliyev, Çingiz Qənizadə  rəy bildirib.

Kitabda hamıya məlum olmayan sənədlər, faktlar , rəsmi və vəzifəli şəxslərin siyahısı, ABŞ Konqresinin stenoqramları, habelə publisistlərin, tarixçilərin və demoqrafların, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında erməni soyqrımı haqqında mif ifşa edilir. İlk növbədə erməni terrorizmi, onun dünyanın müxtəlif ölkələrində müxtəlif təşkilatlarla narkotik ticarət ilə əlaqəsi, törətdiyi cinayətlər, yaratdığı xaos və s. nəzərdən keçirilir. Kitabı rus dilindən tərcümə edən Əsəd Cahangirdir.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü