Modern.az

Qənbər Şəmşiroğludan iki kitab təqimatı - FOTOLAR

Qənbər Şəmşiroğludan iki kitab təqimatı - FOTOLAR

Aktual

17 Noyabr 2012, 17:39

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Bir də görüşərik” və “Kəlbəcər: ömürüm, həyatım” kitablarının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, millət vəkilləri, ziyalılar və kəlbəcərlilər iştirak ediblər. Tədbirin açılışında publisist-şairin həyatından bəhs edən videoxronika göstərilib. Daha sonra “Qızıl qələm” mükafatı laureatı Qənbər Şəmşiroğlu bu kitabın ərsəyə gəlməsinin uzun bir tarixi əhatə etdiyini deyib. Şair bildirib ki, kitabda əsasən 1953-1993-cü illər arasında həyatında baş verən hadisələri qeyd etmək istəyib.

“Amma təəssüf ki, həmin hadisələrin hamısını nəşr etdirə bilməmişəm. Bu gün iki kitabın təqdimatı keçirilir. Bu birinci kitabım deyil. Buna qədər 12 kitabım çapdan çıxıb. Amma kitabın gələcəkdə davamı olacaq. Yəni bu kitabın neçə cild olacağı bilinmir. Nə qədər ki, həyatdayam,  bu kitablar yazılacaq. İstərdik ki, bu kitabın bir cildi də Kəlbəcərdə çap olunsun. Qismət olar bir cild də orada çap olunar”-deyə səbəbkar vurğulayıb.  

Deputat Jalə Əliyeva kitab haqqında öz fikirlərini bölüşüb. Öncə o, Aşıq Şəmşirin, Qənbər Şəmşiroğlunun və Cavid Qurbanovun yazdığı şeirləri səsləndirib. Milli Məclisin üzvü bildirib ki, bu şeirlərdən hər biri ağdabanlı aşıq Qurbanın ocağından köz alıb.  
“Bu ocaq Azərbaycan şeir sənətinə, söz sənətinə və aşıq sənətinə bir ağsaqqall ustadı Dədə Şəmşiri verib. Doğulub böyüdükləri yurdun fəxri olan böyük bir nəslin mərdlik, yaxşılıq timsalına çevrilən Qənbər müəllim və Cavid müəllim də yurd həsrəti ilə qələmə sarılıblar. Və Kəlbəcər ayrılığı qəbul edərsiz ki, onları qələm götürüb öz nisgillərini, torpaq, yurd sevgilərini, yanğılarını ürək sözlərinə çevirərək misraların və bəndlərin həsrət göynərtisinə bürüməyə sövq edib. Qənbər müəllim bu gün sizin gününüzdür. Bu gün bütün çıxışlar və təbriklər sizinlə bağlıdır”.  

Milli Məclisin deputat Aqil Abbas kitabın çox qiymətli olduğunu vurğulayıb. Kitabdan söz açan deputat, onu oxduqca kövrəldiyini bildirirb: 
“Kitabı oxuduqca Kəlbəcəri gəzdim. O, günlər yadıma düşdü. Bu baxımdan bir qədər kövrəldim”. A.Abbas son vaxtlar Kəlbəcərin deputatı Cavid Qurbanov haqqında bəzi mətbu orqanların yazdığı xoşagəlməz yazılara öz iradını bildirib.
“Cavid Qurbanov Kəlbəcərin dayağıdır. Çünki Kəlbəcərin deputatıdır. Çox insanlar bu yaxşılıqları görüb. O, heç vaxt etdiyi yaxşılıqlar haqqında danışmaz. Bu gün bütün kəlbəcərlilər onu dəstəkləyir”.  

Çıxış edən Şirindil Alışanlı kitab haqqında fikirlərini bölüşüb. O, bildirib ki, hər zaman kəlbəcərlilər ən ağır vaxtında Aşıq Şəmşir Ocağının dəstəyini görüblər.  
“Qənbər Şəmşiroğlu Azərbaycan xalqının, klassik Azərbaycan poeziyasının 20-ci əsrdə yetişdirmiş canlı əfsanəsidir. Bu cür tədbirlər çox əhəmiyyətlidir. Belə kitablar gənclərə təbliğ olunmalıdır”.  

Daha sonra çıxış edən gənclər şairin yeni kitablarının onlar üçün çox əhəmiyyətli olduğunu vurğulayıblar. Gənclər kitabın ensklopedik xarakter daşıdığını deyiblər.  
Sonra Şuşa Dram Teatrının aktyorları şairin şeirlərini səsləndiriblər. Aşıqlar Ədalət Dəlidağlı və Familə Göyçəli Qənbər Şəmşiroğlunun şeirlərinə həsr olunmuş aşıq mahnıları ifa ediblər.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Anar KƏLBİYEV 

Elçin AĞAYEV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü