Modern.az

Uşaqlar arasında yoluxma artır - Aralarında yenidoğulmuşlar da var

Uşaqlar arasında yoluxma artır - Aralarında yenidoğulmuşlar da var

15 Oktyabr 2021, 15:26

“Ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov bildirib. 

 

O, hər yaş qrupunda, o cümlədən kiçik yaş qrupunda koronavirusa yoluxanlar və xəstəliyi ağır keçirənlərin olduğunu açıqlayıb.

 

E.Rəhimov həmçinin, son vaxtlar Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma hallarının artdığını da qeyd edib:

 

“Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, kollektivlərdə uşaqların ünsiyyəti artdıqca yoluxma riski də artır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü