Modern.az

Sumqayıtda yenə zavod yandı

Sumqayıtda yenə zavod yandı

Aktual

20 Noyabr 2012, 14:49

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində, Sumqayıt “Məişət Malları" ASC-nin ərazisində yanğın baş verib. İlkin məlumatlara əsasən ASC-nin ərazisində yerləşən tutumu 200 kub. m olan çənin içərisində mazut qalıqları yanıb.  Çən və ətrafda olan digər çənlər yanğından mühafizə olunub.

Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bunda öncədə cari il ərzində həmin müəssisədə bir neçə dəfə yanğın hadisəsi baş verib

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü