Arxiv
16 Oktyabr 2021, 15:21 | İQTİSADİYYAT
Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR

Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

- Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.

 

2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır.

 

Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

- Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?