Modern.az

Şəhidin xatirəsi yad edildi - FOTO

Şəhidin xatirəsi yad edildi - FOTO

Aktual

20 Oktyabr 2021, 19:35

20 oktyabr “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Lerik rayonundan olan könüllüsü, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş Cavanşir Həmidlinin doğum günüdür.

 

Modern.az xəbər verir ki, doğum günündə Cavanşir Həmidlinin əziz xatirəsini yad edən RİİB könüllüləri onun ruhuna hörmət və ehtiram əlaməti olaraq məzarını ziyarət edib, İctimai Birliyin kollektivi adından məzarı önünə əklil qoyublar. Könüllülər həmçinin, Cavanşirin ailəsi ilə də görüşərək xatirələrini bölüşüblər.

 

Vətənpərvərliyi, səmimiyyəti və işgüzarlığı ilə seçilən Cavanşir Həmidlinin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü