Modern.az

Hərbçilərin sığorta ödənişlərində DƏYİŞİKLİK

Hərbçilərin sığorta ödənişlərində DƏYİŞİKLİK

Aktual

2 Noyabr 2021, 11:52

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklikdə sığorta məbləği və sığortanın miqdarı bu cür qeyd olunub.

 

Modern.az xəbər verir ki, sığortaolunan on bir min manat məbləğində sığorta edilir.

 

4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

 

Sığorta hadisələri və ödənişləri

 

Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:

  1. a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz;
  2. b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;
  3. c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz;

ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:  

 

- I dərəcə əlilliyə görə - 80 faiz;

- II dərəcə əlilliyə görə - 60 faiz;

- III dərəcə əlilliyə görə - 40 faiz;

  1. d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutul-muş hallarla nəticələnməyən:

 

- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz;

- az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;

- yüngül xəsarət (yaralan-ma, travma, kontuziya) aldıqda - 5 faiz.

 

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən edilir.

 

Qeyd edək ki, 2.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən (Bu Qanunun 2.2-ci maddəsi nəzərə alınmaqla) qüvvəyə minir.

 

2.2.Sığortaolunanların “hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu 4.4.1-ci maddəsində müəyyən edilən qaydada sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sığortaolunanlarına münasibətdə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minir.

 

2.3. 2022-ci ilin yanvarın 1-dən 2024-ci ilin yanvarın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) sığorta haqqını “hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu 4-4.2-ci maddəsində nəzərdə tutulmuş  qaydada ümumi say tərkibinə uyğun olaraq sığortaçıya ödəyir.

 

 

Məlumat üçün bildirək ki, bu məsələlər noyabrın 3-də Milli Məclisin Müdafiə, təhllükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı