Modern.az

Telefon şəbəkəsində çoxsaylı abunəçilər - Məmmədovlar - MARAQLI

Telefon şəbəkəsində çoxsaylı abunəçilər - Məmmədovlar - MARAQLI

1 Dekabr 2012, 12:17

Rabitə sahəsində müxtəlif istiqamətlərdə təhlillər aparılır, nəticələr ümumiləşdirilir. Bunların içərisində ən maraqlılarından biri hansı soyadı daşıyan telefon abunəçilərinin çoxluğudur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə üzrə 1 milyon 500 minə yaxın stasionar telefon abunəçisi var.  

Soyadlar üzrə statistika isə çox maraqlıdır. Statistik hesablamalara görə, hələlik Məmmədov soyadlı telefon abunəçiləri üstünlük təşkil edir.  

Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox düz 57 min nəfərə yaxındır. Əliyev soyadını daşıyan telefon abunəçiləri – 43258, Əliyeva – 22947, Hüseynov – 27047, Hüseynova isə – 14386 nəfərdir.  

Digər soyadlar üzrə abunəçi sayı isə belədir. Məmmədova – 29287, Həsənov – 21092, Quliyev – 20014, İsmayılov – 15572, Əhmədov – 14903, Abdullayev – 13227, Abbasov – 12550, Cəfərov – 11411 nəfərdir.    

Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.  

Gültəkin Ələsgər
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü