Modern.az

ABŞ-ın Bakıdakı Səfirliyi qaydaları dəyişir

ABŞ-ın Bakıdakı Səfirliyi qaydaları dəyişir

5 Dekabr 2012, 16:20

ABŞ-ın Bakıdakı Səfirliyi 27 dekabr 2012-ci il tarixindən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə prosedurlarını həyata keçirəcək. Bu dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər. Bu barədə Modern.az-a ABŞ-ın Bakıdakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hal-hazırda ABŞ-ın Bakıdakı Səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı ABŞ Səfirliyində ödəyirlər. Cümə axşamı, 27 dekabrdan sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq. Cümə axşamı, 27 dekabr 2012-ci ildən etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr cümə axşamı, 3 yanvar 2013-cü ildən başlayacaq.
ABŞ Səfirliyinin konsulluq şöbəsi cümə axşamı, 27 dekabr 2012-ci ildən cümə axşamı, 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü