Modern.az

Xəzər rayonunda sakinlər narazılıqlarını icra başçısına çatdırıblar - FOTO

Xəzər rayonunda sakinlər narazılıqlarını icra başçısına çatdırıblar - FOTO

5 Dekabr 2012, 18:33

Dekabrın 5-də Xəzər rayonunun Türkan qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə icra başçısı ilə yanaşı, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. 200 nəfər sakinin iştirak etdiyi görüşü Gülağa İslamov açaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində, həmçinin sosial -  iqtisadi sahədə əldə edilmiş nailiyyətlər və Heydər Əliyev Fondunun prezidenti,  millət vəkili Mehriban Əliyevanın ümumillikdə rayonda gördüyü məqsədyönlü işləri, o cümlədən Türkan qəsəbəsində qış ayları üçün hazırlıq işləri barədə sakinlərə məlumat verib.
Türkan sakinlərinin əsasən qazla bağlı olan narahatlığına cavab olaraq G.İslamov Xəzər rayonunun bütün qəsəbələrində, o cümlədən Türkanda da 2013-cü ilin sonuna qədər qazlaşdırma işlərinin yekunlaşacağını bildirin.  Görüşdə qəsəbə sakinləri  qəsəbədə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Sonda İcra hakimiyyətinin başçısı Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü