Modern.az

“Baş redaktorların heç də hamısı həmkarlar ittifaqının əleyhinə danışmayıb” - AHİK-in şöbə müdiri

“Baş redaktorların heç də hamısı həmkarlar ittifaqının əleyhinə danışmayıb” - AHİK-in şöbə müdiri

Aktual

12 Dekabr 2012, 14:41

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Modern.az saytında dərc olunan “Baş redaktorlar həmkarlar ittifaqının əleyhinə danışdılar” adlı yazıda səslənən fikirlərə münasibət bildirb. N.Ağamirov hər bir qəzet redaktorunun həmkarlar ittifaqı barədə məsələyə fərqli münasibət, müxtəlif fikirlər bildirməsinə hörmətlə yanaşdığını qeyd edib.

“Yəqin ki, keçirilən sorğu bir neçə gün öncə  jurnalistərin həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı saytınızda getmiş informasiya ilə əlaqədardır. Həmin  informasiyada hal-hazırda fəaliyyət göstərən Jurnalistlərin Həmkarlar İttifaqı  və həmin qurumun AHİK-ə üzv təşkilat kimi daxıl olması ilə bağlı fikirlər səslənmişdi. Doğrusu, Jurnalistlərin Həmkarlar İttifaqının fəaliyyəti barədə məlumatsız olduğum üçün bu barədə fikir yürüdə bilmərəm. Ancaq həmin sahədə mövcud olan müəyyən problemlərin AHİK-lə əlaqələndirilməsi, sözun düzü, anlaşılmadı. Onu da deyim ki, müxbirinizin “fərəh hissi ilə” başlığa çıxardığı “Baş redaktorlar həmkarlar ittifaqının əleyhinə danışdılar” sözləri sorğunun nəticələrindən göründüyü kimi, heç də reallığı əks etdirmir. Belə ki, respondentlərin ( 8 qəzet redaktorunun) tən yarısı həmkarlar ittifaqının əleyhinə deyil, əksinə, tam fərqli və real fikirlər yürüdüblər” –deyə AHİK rəsmisi bildirib.

N.Ağamirov bəzi KİV rəhbərlərinin AHİK barədə fikirlərini əsassız adlandırıb:

“Bəzi qəzet redaktorlarının informasiya “mətbəx”ində oturub ölkənin ən iri ictimai təşkilatı olan Həmkarlar İttifaqının fəaliyyətindən bixəbərliyi, “yalnız  yollayış verən qurum” olması haqqında bəsit məlumata malik olması ancaq təəssüf  hissi doğurur. Həmkarlar İttifaqının fəaliyyəti barədə azacıq da olsa təsəvvürə malik olmaq üçün internet saytlarında gedən informasiyalara və AHİK-in rəsmi veb-saytına nəzər salmaq kifayət edərdi. Ölkədə fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarında üzün illərdir ki, həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir və onlar AHİK-in üzv təşkilatı olan Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə daxildirlər. Həmin qəzetlər yalnız yollayışlardan deyil, həmkarlar ittifaqına müraciət etdikləri halda  hüquqlarının qorunmasından və digər sosial problemlərinin  həll olunmasından yararlanırlar. Redaktorların birinin giley-güzarına cavab olaraq bildirirəm ki, AHİK üzvlük haqqı yığmır. Onun dediyi “Uşaqların pulunun AHİK-ə verilməsi” iddiası cəfəngiyyat sözdür”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü