Modern.az

“Rusiya Minsk qrupu formatını dəyişməyə çalışır”

 “Rusiya Minsk qrupu formatını dəyişməyə çalışır”

21 Fevral 2010, 18:26

Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin sabiq sədri David Şahnazaryanın sözlərinə görə, Rusiya Minsk qrupunun formatını dəyişməyə çalışır. Modern.az xəbər verir ki, Şahnazaryan qeyd edib ki, Moskva Qarabağ prosesinə  paralel vasitəçilik formatının yaradılmasında çox maraqlıdır.
Sabiq nazirə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son Soçi görüşündə  Dmitri Medvedev tərəflərə bu məsələyə öz yanaşmalarını  təqdim etmək üçün 2 həftə vaxt verib. Tərəflər öz təklflərini  Minsk qrupuna yox, məhz  Moskvaya təqdim etməlidirlər.

 

 

Şahnazaryana görə Moskva bu addımı ilə özünə nizamlama prosesində əlavə rol almaq istəyir.

 

Onun sözlərinə görə, paralel vasitəçilik institutunun yaradılmasında daha çox Rusiya maraqlıdır, çünki Moskva Qarabağa dair aparılan danışıqlar prosesini dayandırmaq istəyir. O, qeyd edib ki, bu məsələdə Rusiya Qazaxıstan və İranla birlikdə hərəkət edir. Şahnazaryan əlavə edib ki, regiona son səfərində ATƏT sədri Kanat Saudabayevin öz prezidenti adından Azərbaycan və Ermənisian prezidentlərinə təkliflər verməsi də təsadüfi  deyil.

 

 

“Qarabağ münaqişəsi praktiki olaraq münaqişə tərəflərindən asılı deyil. Danışıqlar prosesinə son vaxtlar mürəkkəbləşən  Moskva-Vaşinqton münasibətləri prizmasından baxmaq lazımdır. Danışıqlara dair qərar məhz Moskva və Vaşinqton tərəfindən qəbul olunacaq” deyən Şahnazaryana görə, yaxın vaxtlarda danışıqlar prosesində müəyyənlik yaranacaq. Nizamlama prosesində Ermənistanın şanslarının zəif olmasına toxunan sabiq nazir qeyd edib ki, İrəvan prosesdə uğursuz mövqedədir və birtərəfli güzəştlərə getməyə məcburdur.

 

 

Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyan isə danışıqlar prosesinin Minsk qrupu çərçivəsində aparıldığını və bu  formatın dəyişməyəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü