Modern.az

8 partiya sədri yenidən görüşəcək - AÇIQLAMA

8 partiya sədri yenidən görüşəcək - AÇIQLAMA

13 Dekabr 2012, 13:27

Dekabrın 7-də 8 müxalifət partiyasından olan nümayəndələrin Bakıdakı “Asiman” restoranında gizli görüş keçirməsi siyasi dairələrdə birmənalı qarşılanmadı. Xüsusən də Müsavat Partiyasının həmin görüşdə iştirak etməməsi diqqət çəkən məqamlardan idi. Vahid namizəd məsələsinin müzakirə olunduğu görüş müxtəlif aspektlərdə tənqid olunsa da, “8-lik” yenidən toplanmaq haqda qərar qəbul edib.

Bu barədə Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. O, bildirib ki, partiya liderlərinin növbəti görüşü AMİP sədri Yusif Bağırzadə tərəfindən təşkil olunacaq. Görüşün vaxtı və məkanı hələlik dəqiq bilinmir.

“Ötən dəfəki görüş “Qarabağ” blokunun təşəbbüsü ilə baş tutmuşdu. Orada Yusif bəy növbəti görüşün onlar tərəfindən təşkil oluncağını açıqladı. Hələlik görüşün nə zaman və harada baş tutacağı dəqiqləşdirilməyib”,- deyə ADP sədri saytımıza bildirib.

Qeyd edək ki, ki, paytaxtdakı “Asiman” restoranında keçirilən ötən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Ümid partiyasının rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə,  KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev iştirak ediblər.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü