Modern.az

Dünyanın ən hündür oteli müəyyənləşib - FOTO

Dünyanın ən hündür oteli müəyyənləşib - FOTO

İqtisadiyyat

18 Dekabr 2012, 15:12

Dubayda yerləşən Dubay JW Marriott Marquis oteli dünyanın ən hündür oteli kimi “Ginnes rekordlar kitabı”na düşüb. Bussines Bay-in mərkəzində yerləşən otel 355 metr hündürlüyündədir. Bundan əvvəl isə dünyanın ən hündür oteli adı 2010-cu ildə açılmış 333 metrlik “Rose Rayhan By Rotana” otelində idi.

Modern.az-ın Gulf News-a istinadən verdiyi xəbərə görə, JW Marriott Marquis oteli dünyanın ən yüksək 200 binası siyahısında 28-cidir. Otel Dubaydakı ən yüksək 6-cı binadır .77 mərtəbəli əkiz qüllələrdən biri  keçən ay istifadəyə verilib. Otelin böyük açılış mərasimi 2013-cü ilin fevralında baş tutacaq. Oteldə 804 otaq, 14 restoran, barlar və salonlar var.

Dubayda “Ginnes Rekordlar kitabı”na daxil olmuş bir sıra binalar var. Həmin binalar sırasında dünyanın ən hündür binası 163 mərtəbəli, 828 metrlik “Bürc Xəlifə”, dünyanın ən yüksək yaşayış binası olan 101 mərtəbəli, 414 metrlik “Şahzadə Qala”sı (Princess Tower), ən böyük ticarət mərkəzi “Dubai Mall” yer alır.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı