Modern.az

Rusiya Prezidenti Ramiz Abutalıbova orden verib

Rusiya Prezidenti Ramiz Abutalıbova orden verib

22 Fevral 2010, 23:22

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Fərmanı ilə soydaşımız, tanınmış ictimai xadim, Fransa “Fəxri legion” ordeninin sahibi, “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti idarə heyətinin üzvü Ramiz Abutalıbov mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edilib.

 
Ramiz Abutalıbov uzun müddət Parisdə, YUNESKO-nun katibliyində işləyib, ötən əsrin əvvəllərində, vətəndaş müharibəsindən sonra xaricə aparılmış maddi-mədəni dəyərlərin Azərbaycan və Rusiyaya qaytarılmasına kömək edib. Belə ki, məşhur rus rəssamları İvan Ayvazovskinin və Filipp Malyavinin rəsmləri, görkəmli rus yazıçısı İvan Buninin məktubları, ötən əsrin 30-cu illərində Parisdə dərc edilmiş qəzet və jurnalların nadir nüsxələri, Paris arxivlərindən və şəxsi kolleksiyalardan indiyədək məlum olmayan materiallar Sovet, sonralar isə Rusiya Mədəniyyət Fonduna qaytarılıb. Bir çox rus və Azərbaycan mühacirləri öz şəxsi arxivlərini və qiymətli əşyalarını SSRİ-yə göndərməyi yalnız ona etibar edirdilər.
Bu gün ona verilən şəkillər, xalçalar, kitablar, sənədlər, Dövlət Tarix Muzeyində (Moskva), Qara Dəniz Donanması muzeyində (Sevastopol), Marina Svetayeva muzeyində (Moskva), Rusiya Mədəniyyət Fondunda, Azərbaycan Dövlət Arxivində, Azərbaycan Müstəqillik, Təsviri sənət, Ədəbiyyat, Xalçaçılıq və s. muzeylərində saxlanılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü