Modern.az

Berluskoni baş nazir olmaqdan imtina etdi

Berluskoni baş nazir olmaqdan imtina etdi

Dünya

7 Yanvar 2013, 18:17

İtaliyanın keçmiş baş nazirri Silvio Berluskoni bildirib ki, fevral ayında baş tutacaq parlament seçkilərində qalib gələrsə, dovlət başçısı vəzifəsini tutmayacaq. Modern.az bildirir ki, o bu haqda İtaliya radiostansiyalarının birinin canlı efirində danışıb.      

“Mən öz namizədimi əvvəlcədən seçmişəm, bu, Ancelino Alfanodur. Mən artıq baş nazir olmusam.Əgər biz qalib gəlsək, Alfano baş nazir, mən isə iqtisadiyyat naziri olacam”-deyə eks-baş nazir vurğulayıb.

S.Berluskoni sözügedən qərara «Şimal Liqası” partiyasının rəhbəri, DİN-nin sabiq başçısı Roberto Maroni ilə görüşünün nəticələrindən sonra gəlib.

R.Maroninin partiyası  bəyan etmişdi ki, S.Berluskoninin  partiyası ilə yenidən saziş bağlamağa hazırdırlar. Lakin onların şərtinə əsasən, Berluskoni partiyın gələcək kabinet başçısı postuna namizədliyini irəli sürməməlidir.

Şimali İtaliya əyalətinin prezidentlik postuna ümumi namizəd R.Maroni olacaq.Yerli müşaidəçilər qeyd edirlər ki, Lombardiyada səsvermələrinin nəticələri İtaliya parlamentinin nizamlanmasına böyük təsir göstərəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü