Modern.az

Vitse-spikerlə avropalı deputat “atışdı”: “Bizdə monopoliya yoxdur”- QALMAQAL

Vitse-spikerlə avropalı deputat “atışdı”: “Bizdə monopoliya yoxdur”- QALMAQAL

Aktual

12 Fevral 2013, 15:11

Avronest PA-nın Bakıda keçirilən Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Avropa Parlamentinin Niderlanddan olan deputatı Gerben Yan Gerbrandi öz çıxış zamanı Azərbaycanda dövlətin enerji ehtiyatları üzərində inhisar yaratmasını deyərək bu sahənin özəl şirkətlərə verilməsi imkanları ilə maraqlanıb. Modern.az bildirir ki, Gerben Yan Gerbrandi bildirib ki, neftlə zəngin Şərq ölkələrində, eləcə də Azərbaycanda neft-qaz sənayesi əsasən dövlətin nəzarətindədir:
“Bu da bu sahədə özəl sektorun inkişafına əngəl törədir, effektivliyi azaldır. Bu sahənin özəl sektora tapşırılması imkanları varmı?”-deyə avropalı deputat soruşub.

Avropa Birliyinin bu sualı Milli Məclisin vitse–spikeri, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun  etirazına səbəb olub.

“Ölkədə neft ehtiyatları üzərində hökümətin heç bir inhisarı yoxdur. Bizdə enerji üzərində monopoliya var. Ancaq bu çatdırılma məntəqəsinə qədərdir. Hesab edirəm ki, təbii ehtiyatlar sahəsində də çatdırılma məntəqəsinə qədər monopoliyanı dövlət itirməməlidir. Əgər enerji üzərində dövlət nəzarəti olmasaydı indi Neft Fonduna daxil olmuş vəsaitlərin həcmi qat-qat az olardı”-deyə Valeh Ələsgərov vurğulayıb.
Vitse-spikerin sözlərinə görə, əgər bu monopoliya olmasaydı o zaman dövlət yalnız enerji satıçından daxil olan vergilər hesabına Neft Fonduna vəsait qoya bilərdi. Bu isə 4 dəfə  az məbləğ deməkdr.
“Sizin hökümət razı olardımı ki, enerjidən gələn gəlir dörd dəfə azalsın?”-deyə Avropalı həmkarına sual edib.

G.Y.Gerbrandi isə V.Ələsgərovla razılşamdağını deyib. “Siz siyasi cəhətdən bazarı liberallaşdırmaqla daha çox effektivlik əldə edə bilərsiniz, xüsusilə bazarın idarə olunması sahəsində liberallaşdırmanı həyata keçirməklə buna nail olmaq olar. Əlbəttə, dövlət gəliri daha önəmlidir. Amma mən sizinlə razı deyiləm ki, siz bazarı liberallaşdırsanız, dövlət gəliri azalacaq”.

“Biz oyun qaydaların dəyişə bilmərik. Mən seçicilərimə deyə bilmətəm ki, siz liberal islahatların nəticələrini 10 il gözləyin və 4 dəfə az vəsait əldə edin. Bu, milli mənafeyimizə xidmət etməz”–deyə V. Ələsəgərov etiraz edib.   

Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü