Modern.az

Çörçilin jurnalist nəvəsi öldü

Çörçilin jurnalist nəvəsi öldü

Təhsil

3 Mart 2010, 12:47

İkinci Dünya Müharibəsi illərində Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçilin nəvəsi vəfat edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, babasının adını daşıyan 69 yaşlı kiçik-Uinston Çörçil xərçəngdən dünyasını dəyişib. Nəvə Çörçil 1960-cı illərdə jurnalist işləyib, 1970-1997-ci illərdə mühafizəkarlar partiyasından ölkə parlamentində deputat olub. O, nümayəndələr palatasına Mançesterin iki dairəsindən seçilib. Böyuk siyasəti tərk edikdən sonra Çörçil Britaniya  müdafiə assosiyasının  prezidenti olub. İctimai təşkilat ölkənin silahl qüvvələrinə dəstəklə məşğul olub. 1995-ci ildə o, əfsanəvi babasının bütün arxivlərini dövlətə satıb.  12,5 milyon funt  sterlinqə satılmış sənədlər hazırda Kembric Universitetində Çörçiin adını daşıyan  arxvidə saxlanılır.

Sənədlər arasında Çörçilin Stalinə, Ruzveltə yazdığı məktublar, Britaniya Nazirlər Kabinetinin məktubları var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü