Modern.az

XOCALI faciəsi “Xocalı abidəsi” önündə anılır -FOTOLAR

XOCALI faciəsi “Xocalı abidəsi” önündə anılır -FOTOLAR

Aktual

22 Fevral 2013, 13:15

Xocalı soyqırımının 21-ci il dönümü ərəfəsində Bakıdakı Xocalı abidəsinin yerləşdiyi parkda abadlaşdırma işləri gedir. Modern.az-ın xəbərinə görə, bu gün səhər saatlarından Xətai rayonunda yerləşən bağça və məktəblərin müəllim, şagird kollektivləri abidəni ziyarət edir, soyqırım qurbanlarının xatirəsini gül dəstələri və bir dəqiqəlik sükutla yad edirlər. Abidəni bu dəqiqələrdə də şəhər sakinləri ziyarət edir, qurbanların xatirəsi yad edirlər.
Xətai rayonunda abidənin yerləşdiyi parkın ətrafınnda yolboyu Xocalı qətliamlını əks etdirən fotolardan ibarət stend qurulub.

Qeyd edək ki, Xocalı faciəsi ana abidəsi ilə simvolizə olunur. Heykəlin postamenti 5 metr, öz hündürlüyü isə 3 metrdir. Postamentin ətrafında faciəni əks etdirən barelyeflər və Xocalı soyqırımı zamanı həlak olanların adları həkk edilib.

Elçin AĞAYEV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü