Modern.az

“Türkiyə məsələsi” Milli Məclis üzvlərini böldü

“Türkiyə məsələsi” Milli Məclis üzvlərini böldü

Təhsil

22 Fevral 2013, 13:14

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələr davam edir. Modern.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Zahid Oruc Ermənistandakı seçkilər məsələsinə toxunub və bildirib ki, Avropa Birliyinin seçkilərdən dərhal sonra mövqe bildirməsi və seçkilərin yaxşı keçirildiyini deməsi riyakarlıqdan başqa bir şey deyil. “Beynəlxalq təşkilatlar bildirib ki, Ermənistandakı seçkilər sülh şəraitində keçirilib. Halbuki seçkilərdən öncə bir namizədə sui-qəsd olub, digəri aclıq aksiyası keçirib. Burada sülhdən və normal seçkilərdən danışmaq olmaz”.

Z. Oruc Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidentini təbrik etməsi ilə bağlı açıqlaması oldu. “Türkiyə prezidentinin bu cür açıqlama verməsi insanların, ümumiyyətlə türk insanların hissiyyatına toxunub. Amma bunun Türkiyənin əleyhinə kampaniyaya çevrilməsini də düzgün hesab etmirəm”.

Millət vəkili Flora Qasımova Xocalı soyqırımı ilə bağlı fikirlərini səsləndirib. O, Azərbaycan hökumətinin atdığı addımların, Xocalı soyqırımı ilə bağlı apardığı işlər səmərəli olduğunu və artıq bir neçə dövlətlərin bu soyqrımı tanıdığını bildirib.

Millət vəkili Elman Məmmədov da Abdullah Gülün təbrikinə münasibət bildirib. O, qeyd edib ki, Abdullah Gül hələ Türkiyə deyil. “Azərbaycanın arxasında bir dövlət var ki, o da Türkiyədir. Ona görə Türkiyəyə qarşı bu cür kampaniyanın aparılması düzgün deyil”.

Daha sonra Elmira Axundova bildirib ki, elə gənclər var ki, Xocalıda döyüşən milli qəhrəmanlar haqqında heç nə bilmirlər. “Halbuki Xocalı ilə bağlı bir çox kitablar nəşr olunub. Onlar barəsində gənclərə təbliğat aparmaq, həmin kitabarla gənclərin tanış olmasını təşkil etmək lazımdır. Ümumiyyətlə həmin qəhramanların valideyinləri ilə gənclərin görüşünü keçirmək lazımdır”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı