Modern.az

Özəl klinikalarla bağlı cərimələr artırıldı

Özəl klinikalarla bağlı cərimələr artırıldı

Təhsil

22 Fevral 2013, 13:37

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda lisensiyasız tibbi fəaliyyətlə bağlı cərimələr artırılıb. Modern.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki,  bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Bildirilib ki, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdisə, təklif edilən dəyişikliyə görə 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.

Qeyd edək ki, iclasda "Reklam haqqında" qanuna da tibbi fəaliyyətlə bağlı dəyişiklik olunub. Qanuna edilən dəyişikliyə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməldir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü