Modern.az

ADU-da Xocalı soyqırımı qurbanları anıldı

ADU-da Xocalı soyqırımı qurbanları anıldı

Aktual

25 Fevral 2013, 12:14

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının və Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Anım tədbirində ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova və tələbələr iştirak edirdi. 

Tədbirdə ADU-da təhsil alan   Türkiyə, Qırğızıstan, Koreya və digər ölkələrdən də olan tələbələr iştirak edirdi.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi  ilə başladı. ADU-nun prorektoru Ələddin Əliyev  çıxış edərək bildirdi ki, Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir. Prorektor bu mövzuda gəncləri maarifləndirməyin vacib olduğunu qeyd etdi. Ə. Əliyev soyqırıma məruz qalmış insanların qanının yerdə qalmayacağını və dünya ictimaiyyətinin bu soyqırıma kəskin reaksiya göstərəcəyinə əminliyini ifadə etdi.  O, bildirdi ki, erməni vandalizmi bütün dünyaya tanıdılmalıdır.
Ə. Əliyev  Xocalı faciəsinin dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusilə vurğuladı.  H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasının artıq bütün dünya ölkələrində davam etdirildiyini, xaricdə təhsil alan tələbələrin bu işdə yaxından iştirak etdiyini yüksək dəyərləndirdi.  Tələbələrə bu istiqamətdə öz bilik və bacarıqlarını, xüsusən dil vərdişlərinin genişləndirilməsində təbliğat işlərinə qoşulmağa çağırdı. 

Hadisənin canlı şahidi “General Əli bəy” adı ilə tanınan Əlövsət Qasımov  erməni vəhşiliklərindən danışdı. Ermənilərin xalqımızın başına gətirdiyi başına gətirdiyi vəhşilikləri fotolentə köçürdüyü fotoları təqdim etdi. ADU-nun Azərbaycan tarixi, fəlsəfə və sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu   erməni vandalların Azərbaycan xalqınını başına gətirdiyi müsibətlərdən söz açdı.  O, dünyanın bu faciəyə səssiz qalmayacağını və ədalətin bərqərar olacağını bildirdi. Digər çıxış edənlər də Xocalı soyqırımının bəşər tarixində misli görünməmiş vəhşilik olduğunu bildirdilər. Bu faciənin soyqırım aktı kimi dünya tərəfindən qəbul edilməsinin vacibliyini vurğuladılar. Tədbirdə həmçinin Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən şəkillər də nümayiş olundu.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü