Modern.az

Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı abidəsi qoyulacaq

Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı abidəsi qoyulacaq

Aktual

25 Fevral 2013, 17:41

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Uşak bələdiyyə başqanı Ali Erdoğanla görüşüb. Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə konfransda iştirak etmək üçün Uşak şəhərinə səfər etdiyini bildirən millət vəkili Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törəkdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımının unudulmayacağını deyib.

Qənirə Paşayeva Uşakda Xocalı soyqırımı qurbanlarına abidənin qoyulmasının vacibliyinə diqqət çəkərək  bu addımın əhəmiyyətindən danışmış və təkliflərini səsləndirib. 

Uşak bələdiyyə başqanı Ali Erdoğan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha  da  genişləndirilməsinin  önəmli olduğunu söyləyib. "Biz qardaş olan  iki  ölkənin övladları  arasında  bu  bağı  daha çox qüvvətləndirməliyik. Biz də əlimizdən gəldiyi qədər qardaş ölkəmizə dəstək olacağıq. Xocalı qətliamına diqqət çəkmək üçün bələdiyyə məclisinin qərarı ilə soyqırımı abidəsini tikmək qərarını qısa müddətdə həyata keçirəcəyik, " - Uşak bələdiyyə sədri deyib. 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Uşak bələdiyyə başqanı Ali Erdoğana Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü