Modern.az

Əsgər ölümünə görə Bakıda aksiya olacaq

Əsgər ölümünə görə Bakıda aksiya olacaq

Aktual

1 Mart 2013, 15:16

Azərbaycanda əsgər ölümü ilə bağlı növbəti etiraz aksiyası olacaq. Modern.az xəbər verir ki, bununla bağlı Facebook sosial şəbəkəsində yeni kampaniya başlanıb.

“12 yanvarda əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı aksiya keçirdik. Ümid etdik ki, ordudakı qanunsuzluqlarla bağlı tədbir görüləcək. Lakin, görülmədi. 2 ay ərzində ölən əsgərlərin sayı 14-ə çatdı. Bu əsgərlərin heç biri döyüş şəraitində öldürülməyib. Və onların qanlarını batırmaq istəyirlər. Biz bu haqsızlıqlara dur deməliyik! O əsgərlərin yerinə hamımız ola bilərik. Orduda bizim yaxınlarımız, dostlarımız, ailə üzvlərimiz xidmət edir və bu təhlükə hamı üçündü. Bu haqsızlığa bir son verilməlidir! Bu vicdan məsələsidir! Bu ləyaqət məsələsidir! Günahsız gənclərin orduda öldürülməsinə susmayaq!”.

Məlumatda aksiyanın martın 10-da Fəvvarələr Meydanında olacağı qeyd edilib.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü