Modern.az

Bakıda bir gecədə iki maşın yandı

Bakıda bir gecədə iki maşın yandı

Təhsil

7 Mart 2013, 09:08

Ötən gün Bakı şəhərində bir neçə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Reno" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Land Rover" markalı minik avtomobilinin mühhərik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü