Modern.az

Siyəzəndə etiraz aksiyası - İcra Hakimiyyəti faktı təsdiqlədi

Siyəzəndə etiraz aksiyası - İcra Hakimiyyəti faktı təsdiqlədi

Təhsil

7 Mart 2013, 10:23

Modern.az-a daxil olan məlumata görə, bu gün Siyazən rayonunda bir qrup sakini etiraz aksiyası keçirib. Aksiya iştirakçıları etiraz əlaməti olaraq magistral yolu bağlayıblar.

Modern.az-ın əməkdaşı faktı dəqiqləşdirmək üçün Siyəzən rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən belə bir aksiyanın keçirildiyini təsdiqləyiblər.  

“Bir qrup rayon sakini “Siyəzən Broyler” Quşçuluq Fabrikinə qarşı aksiya keçirib. Nümayişçilər əsasən həmin fabrikin işçiləri idi. Onlar əmək haqlarının azlığından şikayət edirdilər. Fabrik rəsmiləri onları dinləyərək, anlaşma təklif edib. Daha sonra izahatları alınıb və bununla da aksiya başa çatın. Hazırda heç bir problem yoxdur. Rayonda hər şey əvvəlki kimi öz qaydasındadır”-deyə İcra Hakimiyyətindən bildirilib.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü