Modern.az

ABŞ səfirliyi 2 milyonluq iddiaya cavab verdi

ABŞ səfirliyi 2 milyonluq iddiaya cavab verdi

Aktual

11 Mart 2013, 23:49

ABŞ səfirliyi Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına səslənən guya sosial şəbəkələr vasitəsilə Azərbaycanda "rəngli" inqilab hazırlamaq ittihamlarını təkzib edib. Bu fikir Eynulla Fətullayevin “Azərbaycanda “facebook” inqilabı üçün 2 milyon dollar” başlıqlı məqaləsində yer alıb. Səfirliyin “Turan”ın sorğusuna cavabında deyilir:

“Bu məqalədəki ittihamlar əsassızdır. Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və ölkənin demokratik inkişafı istiqamətində işləyir. NDİ 1995-ci ildən etibarən Azərbaycan hökuməti qarşısında fəaliyyəti ilə bağlı tamamilə şəffafdır, onun fəaliyyəti isə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat haqqında saziş çərçivəsində həyata keçirilir”, - deyə səfirliyin cavabında bildirilir.

Xatırladaq ki, yuxarıda sözügedən məqalədə NDİ nümayəndəsinin Azərbaycanın gənclər təşkilatları ilə digər postsovet ölkələrində həyata keçirilmiş “rəngli inqilablar” ssenarisi üzrə inqilablar hazırlamaq istiqamətində işlədiyi bildirilir. NDİ-nin bu məqsədlə böyük məbləğdə nağd pul vəsaitindən istifadə etdiyi iddia olunur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı