Modern.az

Cəbhədə yenə monitorinq keçiriləcək

Cəbhədə yenə monitorinq keçiriləcək

Aktual

13 Mart 2013, 10:24

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, şəxsi köməkçiləri Xristo Xristov və Uilyam Praroy, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykıl Dolan, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeniy Şarov, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev keçirəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü