Modern.az

Dövlət Statistika Komitəsi yeni hesabatı açıqladı

Dövlət Statistika Komitəsi yeni hesabatı açıqladı

Aktual

15 Mart 2013, 14:54

Dövlət Statistika Komitəsindən Modern.az–a verilən məlumata görə, son dövrdə ümumi daxili məhsul (ÜDM) istehsalı 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3.2 faiz artaraq 8.3 milyard manat təşkil edib. Əlavə dəyərin 54.6 faizi sənaye sahələrində, 7.1 faizi tikinti kompleksində, 7.6 faizi ticarət və pullu xidmət sahələrində, 6.0 faizi nəqliyyatda, 1.8 faizi rabitə müəssisələrində, 2.4 faizi aqrar bölmədə, 13.4 faizi digər sahələrdə yaradılıb.

Adambaşına orta hesabla 902.6 manat məbləğində (1150.1 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz artıb. Əlavə dəyərin 48.9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 10.5 faiz artmış, neft-qaz sektorunda isə 2.6 faiz azalıb.  

Bu il Azərbaycanda ÜDM-in 51,379 mlrd. manatdan çox, iqtisadi artımın isə 2,2% olacağı gözlənilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü