Martın 10-da axşamüstü Sabunçu rayonu ərazisində 67 saylı orta məktəbdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yerinə 10-dan çox yanğınsöndürən maşınlar cəlb olunub.
Hadisə nəticəsində məktəb binasının 3-cü mərtəbəsi yanıb. Olay baş verərkən məktəbdə tədris prosesi gedirmiş. Məktəbin bütün kollektivi vaxtında binadan təxliyyə olunduğundan yanan və xəsarət alan olmayıb.
Modern.az