Modern.az

Emin Həsənlidən Yaşar Cəfərliyə ittiham: “Vaxt var idi onları tərifləyirdi, indi pisləyir”

Emin Həsənlidən Yaşar Cəfərliyə ittiham: “Vaxt var idi onları tərifləyirdi, indi pisləyir”

Təhsil

27 Mart 2013, 18:52

Son dövrlər düşmən yenə də cəbhə bölgəsində, xüsusən Gədəbəy istiqamətində atəşkəsi pozur. Atəşkəs pozuntuları nəticəsində daha bir zabitimiz yaralanıb, bir əsgərimiz şəhid olub.
Cəbhədə mütəmadi olaraq ermənilərin atəşkəsi pozmasına Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri layiqli cavab verir və düşməni geri otuzdurur.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli deyir ki, düşmən bizdən 2 dəfədən artıq itki verir , yaxşı başa düşürlər ki, biz işğal altındakı ərazilərimizi  gec-tez qaytaracağıq və onlar bu torpaqlarda qalmayacaq.

“Azərbaycan Silahlı Qvvələri bu gün öz boynuna düşən vəzifəsini şərəflə yerinə yetirir. Həm təlimlər keçilir, həm də nizamnamə qaydalarına uyğun xidmət aparılır. Fəxrlə deyə bilərəm ki, Azərbaycan əsgəri, düşmənlə üz-üzə döyüş tapşırığını layiqincə yerinə yetirir və təlimlərdə çox böyük müvəffəqiyyətlər əldə edir. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyəti İraqda, Əfqanıstanda sülhyaratma proseslərində yaxından iştirak edir. Bir sözlə, ordumuz peşəkarlığını günü-gündən artırır və düşmənə layiqli cavabını verir”.

E.Həsənli təəssüflə qeyd edib ki, ordu və ordu rəhbərliyi son zamanlar bir qrup şəxslər, müxalifyönlü insanlar tərəfindən haqsız olaraq xüsusi hədəfə alınıb.

“Daim ordu rəhbərliyi onlarla kompromis varianta gəlib problemi hüquq müstəvisində həll etmək istəsə də, qarşı tərəfdəkilər bütün vasitələrlə ordunu gözdən və nüfuzdan salmağa çalışırlar. Xidmət etdiyi müddətdə yaxşı xidmət etməmiş, özünü müsbət istiqamətdə sübüt etməmiş bir zabitin, bir sözlə şəxsi işlərində  müsbət xarakteristikası olmayan bəzi şəxslərin ordunu bu cür nüfüzdan salmağa təşəbbüs göstərməsi təəssüf hissi doğurur. Ordu bizim hamımızındır, orduya qarşı bu cür münasibətdə olmaq yolverilməzdir. Təəssüflər olsun ki, həmin şəxslər konkret olaraq Ehtiyatda və İstefada Olan Zabitlər Birliyi adlı bir qurumun rəhbəri Yaşar Cəfərli bu gün Müdafiə Nazirliyinin Silahlı Qüvvələrini hədəfə alıb və onu gözdən salan  yazılarla dövrü mətbuatda çıxış edir. Bu yolla o, qeyd etdiyim mövzunu mətbuatın gündəmində saxlamağa çalışır. Bu hərəkətilə o, eyni zamanda Azərbaycan ordusunun imicinə zərbə vurmaq istəyir və bu yolverilməzdir. Həmin qüvvələr dəfələrlə ordunu siyasiləşdirməyə çalışıblar və ordu mövzusunu siyasi gündəmə daşıyıblar. Bu hallar mütəmadi olaraq baş verib. Xüsusilə indiki dönəmdə bu məsələni bu cür gündəmdə saxlamaq nə mənəvi baxımdan nə hüquqi baxımdan heç nəyə sığmır. Yaxşı olardı ki, həmin şəxslər başqa istiqamətdə öz fəaliyyətlərini qurardılar. Dəfələrlə onlarla müxtəlif istiqamətlərdə orduya ictimai nəzarət mövzusundan tutmuş, Silahlı Qüvvələrdə hərbi qulluqçuların sosial rifah mövzusuna qədər müzakirələr aparılıb. Təəssüflər olsun ki, həmin şəxslər bu məsələlərə, ordumuzun təbliğinə, dövlətin bu yöndə gördüyü işlərin təbliğinə, gənclərin hərbi xidmətə hazırlanması, gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərə deyil, bütün günü bir saytda və bir neçə mətbu orqanda Silahlı Qüvvələrin rəhbərliyini gözdən salacaq mövqedən çıxış etməyə cəhd edirlər”.

E.Həsənlinin fikrincə bu kimi hallar cəmiyyət tərəfindən qəbul edilmir. Hərbi yönümlü təşkilatlar, şəhid ailələri, müharibə veteranları, Çernobl əlilləri bu tip məsələrə etirazlarını bildirirlər.

“Buna baxmayaraq, son zamanlar həmin şəxslər durduqları mövqelərindən geri çəkilmək istəmirlər. Eyni zamanda onlar ayrı-ayrı vaxtlarda tez-tez fikirlərini də dəyişirlər. Bir sözlə, onlar heç nə istədiklərini belə bilmirlər. Onlar daim Azərbaycanı istəməyən qüvvələrin, xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Bunun nəticəsidir ki, onlar hər zaman ordunu və ordu rəhbərliyini nüfuzdan salmağa çalışırlar. Cəmiyyət buna qarşıdır, Azərbaycan vətəndaşları buna qarşıdır. Azərbaycan Silahlı Qüvvələri bu gün ön xətdə düşmənlə mübarizə apardığı zaman Azərbaycanın daxilində bu cür təxribatlar törətməyə cəhd etmək  yolverilməzdir. Bu ancaq düşmənin xeyrinə olan təxribatdır və həmin şəxslər Silahlı Qüvvələrə və onun rəhbərliyinə məsləhət verəndə özlərinin təcrübə və xidmətlərini, bilik və bacarıqlarını müqayisə etsinlər. Onda onlar bəlkə başa düşər ki, bu təhlilləri aparmağa onların nə elmi, nə də mənəvi və psixoloji cəhətdən haqlları çatmır. Özünü zabit adlandırılan şəxs rütbəcə özündən böyük olan və tabeçiliyində minlərlə zabit və əsgər xidmət edən bir şəxsə bu cür kompaniya aparması doğru deyil. Maraqlı burasıdır ki, vaxt var idi, Yaşar Cəfərli kampaniya apardığı şəxsi ayrı-ayrı mətbu orqanlarında tərifləyirdi. Bir sözlə, aylarla, illlərlə bir şəxsi hədəfə almaq onun əleyhinə təbliğat kampaniyası aparmaq və Silahlı Qüvvələrimizi onu nüfuzdan salmağa çalışmaq yolverilməzdir”.

Modern.az       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü