Modern.az

Azərbaycanın Malayziyadakı səfiri barədə bunları bilirsiniz?

Azərbaycanın Malayziyadakı səfiri barədə bunları bilirsiniz?

Aktual

29 Aprel 2013, 13:42

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları - səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.

Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.

Bu dəfə Azərbaycanın Malayziyadakı səfiri barədə...

Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri Qaley Əli oğlu Allahverdiyev  filologiya elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin və Jurnalistlər İttifaqının üzvü. "Qızıl Qələm" mükafatı laureatıdır. 

Qaley Allahverdiyev 1950-ci ilin aprel ayının 29-da Başqırdıstan MSSR-in Çelyabinsk vilayətinin Uçalı rayonunun Kiçik Uçalı qəsəbəsində zəhmətkeş ailəsində anadan olub. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili tərcüməçiləri şöbəsini bitirib.

Uzun illər İraq, Suriya, Livan, BƏƏ və Liviyada ərəb dili tərcüməçisi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Misir, Türkiyə,İndoneziya və Qətərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.

20-dən artıq monoqrafiya və tərcümələrin müəllifidir. Altıcildlik "Heydər Əliyev və Şərq" monoqrafiyasının həmmüəllifidir. Q.Allahverdiyev bir sıra görkəmli şəxsiyyətlər - Xətib Təbrizi, Nəsimi, Sakip Sabançı və digərlər barədə müxtəlif əsərlər yazıb.

Əsərləri Azərbaycan, rus, ərəb, ingilis və fars dillərində nəşr olunub.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli sərəncamı ilə Q. Ə. Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ailəlidir.Üç övladı var.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü