Modern.az

“Eurovision-2013” un rəsmi açılışı oldu - FOTOLAR

“Eurovision-2013” un rəsmi açılışı oldu - FOTOLAR

13 May 2013, 12:55

st1:*{behavior:url(#ieooui) }

Modern.az xəbər verir ki, mayın 13-də İsveçdəki “Euroclub”da “Eurovision-2013” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olublar.

Rəsmi açılışa qatılan “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand çıxışında müsabiqədə iştirakçılarına uğurlar arzulayıb.

Sonra 2012-ci ildə müsabiqənin qalibi olmuş Loreen 39 ölkə təmsilçisini İsveçdə salamlayıb və birinciliyə kim layiqdirsə onu qalib olmasını arzulayıb.

Rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditasiyadan keçmiş jurnalistlər iştirak ediblər.

  

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü