Modern.az

İlham Əliyev: “Azərbaycanın inkişafına töhfə verirlər” - FOTOLAR

İlham Əliyev: “Azərbaycanın inkişafına töhfə verirlər” - FOTOLAR

Aktual

13 May 2013, 23:17

Mayın 13-də Vyanada Avstriya-Azərbaycan biznes forumu keçirilib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer biznes forumda iştirak ediblər.
Tədbiri açan Avstriya Ticarət Palatasının prezidenti Kristof Laytl Azərbaycanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevi təbrik edib. “Bu gün Azərbaycanda çoxlu iri layihələr həyata keçirilir”, - deyən K.Laytl bildirdi ki, bu layihələr bir çox sahələri əhatə edir və Azərbaycanda əməkdaşlıq baxımından yaxşı potensial mövcuddur.
Avstriya Prezidenti Haynts Fişer bu biznes forumu ölkələrimiz arasında iqtisadi əməkdaşlığın göstəricisi kimi xarakterizə edib. Qeyd edib ki, Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişlənir. Artıq Azərbaycan Avstriya şirkətləri üçün münbit bazara çevrilib.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın bir çox sahələri əhatə etdiyini deyən Haynts Fişer turizm, xidmət və bank sektorlarını konkret misallar kimi göstərdi. Qeyd edib ki, 2011-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumundan sonra əməkdaşlıq xeyli genişlənmiş və iş adamlarının budəfəki görüşü iqtisadi əlaqələrimizin inkişafında mühüm addım olacaqdır. Bunu deməyə əsas verən ən mühüm amil isə ölkələrimizin yüksək siyasi əməkdaşlığa malik olmasıdır.
Prezident İlham Əliyev bir çox Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini və Azərbaycanın iqtisadi inkişafına töhfə verdiklərini qeyd edib. “Memarlıq abidələrindən tutmuş hava limanına və Azərbaycanın rəmzlərindən biri olan Qız qalasının bərpasına qədər bir çox sahələrdə çalışan Avstriya şirkətləri sürətlə müasirləşən Azərbaycanın inkişafına töhfə verirlər”, - deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi uğurları barədə məlumat verdi. Bildirdi ki, hazırda regionda ən böyük layihələri reallaşdıran Azərbaycan artıq öz peykini orbitə buraxmışdır. Qarşıda duran əsas məsələ isə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır.
Enerji sahəsində Avstriya ilə əməkdaşlığın uğurlu olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq üzərində qurulub. Təsadüfi deyildir ki, Azərbaycan Xəzərin enerji resurslarını dünyaya açan ilk ölkə kimi tarixə düşüb. Bu gün Azərbaycan neft-qaz kəmərləri sistemi ilə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
“Avstriya şirkətləri bizim əsas tərəfdaşlarımızdır”, - deyən dövlət başçısı biznes forumun işinə uğurlar arzuladı və bu ölkənin iş adamlarını Azərbaycana dəvət edib.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü