Modern.az

ATƏT cəbhədə monitorinq keçirəcək

ATƏT cəbhədə monitorinq keçirəcək

22 May 2013, 10:04

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Mik Dolan keçirəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü