Modern.az

“Ermənilər Azərbaycan torpaqlarını İran azərbaycanlılarına icarəyə verirlər” - MÜSAHİBƏ

“Ermənilər Azərbaycan torpaqlarını İran azərbaycanlılarına icarəyə verirlər” - MÜSAHİBƏ

Müsahibə

28 İyun 2013, 12:56

“Kəlbəcərə Suriyadan 300 erməni ailəsi köçürülüb"

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Modern.az saytına müsahibə verib.

- İsmayıl müəllim, ermənişünas alim kimi Ermənistandakı vəziyyətlə bağlı nə qədər məlumatlısınız?

-Mütəmadi olaraq Ermənistan mətbuatını, telekanallarını izləyirəm. Hazırda Ermənistanda vəziyyət heç də yaxşı deyil. Müxalifətdə olan “İrs” Partiyasının rəhbəri Rafi Ovannisyan yenidən xalq arasına çıxaraq prezident Serj Sərkisyana qarşı çıxışlar etməyə başlayıb. Orada “Çiçəklənən Ermənistan” Partiyası da yaradılıb. Onun sədri vaxtilə Sərkisyanın yaxın silahdaşı olub. İndi isə böyük biznesmendir və hadisələrə çox böyük təsir imkanları var. Bu insan həm müxalifətlə, həm də iqtidarla əlaqə saxlayır. Amma nə prezident seçkilərində, nə də iqtidarın bu yaxınlardakı keçirilən iclasında iştirak etdi. Sonra Rafi Ovannisyanla görüşərək onun tərəfində olduğunu söylədi. Sonradan Ermənistanda ən böyük kilsələrdən birini tikdirdi və tikdirəndən sonrada bura gələrək münasibətləri o qədər də yaxşı olmayan eks-prezident Robert Köçəryanla görüşdü. Hazırda Robert Köçəryanın vəziyyəti o qədər də yaxşı deyil, ondan narazılıq var. Onun Ermənistanı dağıdan və parçalayan bir imici formalaşıb. Putin Köçəryanın prezidentlik vaxtında İrəvana gələndə ona 100 litrlik konyak hədiyyə olundu. Ondan sonra Putinin adından istifadə edərək Rusiyada çirkli bizneslə məşğul olmağa başladı. Bunları niyə söyləyirəm, Ermənistanda tanınan adamların hamısı ləkəlidir. Orada vəziyyət çox qarışıqdır, partiyalar biri-biriylə yola getmir.

- Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında ciddi narazılığın olduğu söylənilir .Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?


 
- Qarabağ ermənilər İrəvanda əsas vəzifələri tuturlar. Onlar biznes sahəsində Sərkisyan və Köçəryanın vasitəsilə önə keçiblər. İrəvan erməniləri onları sevmir. Çünki onlar sovet dövründən qalmış qayda-qanunla yaşamaq istəyirlər. Əsas istəkləri rüşvətin olmamağıdır. Güc yolu ilə onların arasındakı gərginliyin qarşısı alınır. 

- Köçəryanın hazırda harada yaşaması ilə bağlı sizdə məlumat var?


 
-O daha çox Rusiyada olur. Öz biznesi var və dünyanın məşhur biznesmenləri ilə bir yerdədir. Özünün şəxsi təyyarəsi də var.

- Ermənistandakı sosial vəziyyətlə bağlı erməni mətbuatı hansı məlumatları yazır?

- Ermənistan aeroportunda vəziyyət acınacaqlıdır, çünki burdan yalnız xarici təyyarələrin uçuşu həyata keçirilir. Bu ölkənin hava şirkəti iflic olub.
Orda iqtisadi vəziyyət çox çətindir. Ermənilər Ermənistanı tərk edirlər. Əksəriyyət Rusiyaya üz tutur.

Azərbaycanın işğal olunmuş ərazilərini əslən azərbaycanlı olan İran vətəndaşlarına heyvandarlıqla məşğul olmaları üçün icarəyə verirlər.

İşğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin məskunlaşması məsələsi ilə bağlı deyə bilərəm ki, Kəlbəcərə 300-ə qədər Suriya ermənisi köçürülüb. Amma həmin ermənilər vəziyyətlərinin yaxşı olmadığına və onlara verilən vədlərə əməl olunmadığına görə buranı tərk edirlər.


- Azərbaycanlı əsir və girovlarla bağlı Ermənistan mətbuatında nələri müşahidə etmisiniz?


 
-Bu haqda heç bir məlumata rast gəlməmişəm. Bəzən həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər ki, Azərbaycan tərəfi əsirlərin dəyişdirilməsi ilə bağlı məsələyə düzgün yanaşmır.

- Erməni ziyalıları içərisində elə insanlar varmı ki, önə çıxaraq müharibəyə son qoyulmasının tərəfdarı olduğunu dilə gətirsin və Azərbaycan torpaqlarının azad edilməsini istəsin?
 

- Orada müxalifət çox güclüdür. Dediyiniz ampluada olanlar da var. Amma elə insanları sayan yoxdur. Bir erməni bu haqda bir məqalə yazmışdı, onun qarşılığında çox təhqiramiz ifadələr aldı. Kəskin reaksiyalar ən çox xaricdə yaşayan ermənilərdən gəlir. Zori Balayan hər hansı tədbirlər keçirilən zaman Qarabağa gələrək, bir neçə gün orada qalır. Amma yerli ermənilər belə fikirlər səsləndirir ki, Balayan gerçəkdən vətənpərvərdirsə, Ermənistanda yaşasın.

- Uzun illər Ermənistanda yüksək vəzifələrdə çalışmısınız. Bir yerdə çalışdığınız ermənilərlə əlaqəniz varmı?

- Yalnız internet vasitəsilə bir neçə erməniyə cavab vermişəm. Soyqırımı məsələsindən yazmışdılar. Belə qərara gəliblər ki, qondarma “erməni soyqırımı”nın 100 illiyini keçirmək üçün hazırladıqları planı Türkiyə qətiyyən bilməməlidir. Onlar gizli bir plan hazırlayırlar ki, Türkiyə buna əks reaksiya verə bilməsin.

Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü