Modern.az

Nazir rektoru kollektivə təqdim edib

Nazir rektoru kollektivə təqdim edib

Aktual

27 İyul 2013, 00:45


İyulun 26-da Azərbaycan Dövlət Aqrar Universitetində təqdimat mərasimi keçirilib. Mərasimdə iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov ölkə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edilmiş İbrahim Cəfərovu kollektivə təqdim edib.

Nazir İsmət Abasov İbrahim Cəfərovun rektor təyin edilməsi ilə əlaqədar ona bu şərəfli vəzifənin yerinə yetirilməsində uğurlar diləyib və bu etimadın doğruldulmasında  əminliyini bildirib. İsmət Abasov ölkə Prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı sahəsində əldə olunmuş nailiyyətlər, uğurlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Nazir Aqrar Universitetin tarixində yeni səhifə açıldığını və universitetin ölkəmiz üçün önəmli bir təhsil ocağı olduğunu bildirib, ölkə rəhbərliyi tərəfindən ərzaq təhlükəsizliyi proqramının icrasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bu qocaman təhsil ocağının üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırıb. Ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsində yüksək ixtisaslı kadr hazırlanmasının vacibliyini vurğulayıb.

Nazir aqrar kadrların hazırlanmasında Avropa universitetləri ilə beynəlxalq əlaqələrin genişlənməsinin vacibliyini diqqətə çatdırdı və yüksək ixtisaslı kadrların hazırlanması üçün tapşırıq və tövsiyələrini verib.

Təbirdə professor və müəllim heyəti, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev cıxış ediblər.

Modern.az
   

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü