Modern.az

Sahibkarlar və bank faiz dərəcələri

Sahibkarlar və bank faiz dərəcələri

Aktual

5 Avqust 2013, 09:58

Əli Məsimli

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İntitutunun rəhbəri

Azərbaycanda mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid zamanı həyata keçirilən islatahlar sistemində mülkiyyət münasibətlərinin transformasiyası və ikipilləli bank sisteminin yaradılması xüsusi yer tutur.Özəlləşdirmə və müstəqil sahibkarlıq struqkurlarının yaradılması nəticəsində hazırda Azərbaycancanda 432 mindən artıq fərdi sahibkar,79 minə yaxın isə hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən biznes strukturları fəaliyyət göstərir.Bununla yanaşı Azərbaycanda Mərkəzi Bankla yanaşı 43 kommersiya bankı fəaliyyətdədir.Beynəlxalq təcrübədən məlumdur ki, əksər ölkələrin iqtisadiyyatında biznes strukturları içərisində kiçik və orta sahibkarlıq önəmli yer tutur və ümumi daxili məhsulun 40 faizdən çoxunu, bir sıra ölkələrdə isə yarısını və ondan da artığı həmin strukturların payına düür. Hələlik Azərbaycanda kiçik və orta sahibkarlığın istər ÜDM-dəki payı, istərsə də büdcənin gəlirlrinin formalşmasındakı rolu aşağı səviyyədədər.Bunun səbbləri çoxdur.Həmin səbəblər çərisində biznes kreditlərinin faiz dərəcələrinin yüksəkliyi çox ciddi rol oynayaır.Azərbaycanda bizneslə məşğul olanlar əsasən 3 mənbədən kredit ala bilir: 1.Dövlət büdcəsindən maliyyələşən Sahibkarlığa Kömək Milli Fondunun kreditləri Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinə tətbiq edilən illik faiz dərəcələri ən yüksək həddi kredit məbləğinin 6 faizindən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4 faizindən artıq olmamalıdır. Həmin fondun vəsaiti hesabina müvəkkil banklarin verdiyi kreditin hədləri kiçik həcmli 500.000 manatadək; böyük həcmli kreditlər: 500.001 manatdan 10.000.000 manatadəkdir.Sahibkarlığa Kömək Milli Fondunun kreditləri kiçik həcmli kreditlər üçün-3 ilədək; orta həcmli kreditlər üçün- 5 ilədək; böyük həcmli kreditlər üçün-10 ilədək müddətə verilir. Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin həcmi sürətlə artır.Ötən il həmin fonddan dövlət büdcəsindən ayrılan 90 milyon mantdan əlavə əvvəlki illərdə verilmiş kreditlər hesabına Fondun xəzinə hesabına daxil olmuş 128 milyon manat əlavə kredir verilmişdir. Dövlətin güzəştli kreditlərinin aşağı faiz dərəcəsi sayəsində 2013-cü ilin birinci rübündə ölkə üzrə kreditlərin orta faiz dərəcəsi 0,35% azalaraq 14,85% təşkil edib. Eyni dövrdə əmanətlər üzrə manatla nominal orta faiz dərəcələri də 9,85%-dən 9,84%-ə enib. Lakin hələlik qeyd etdiyimiz həmin istiqamətlərdə verilən kreditlərin ümumi həcmi real təlabatın çox cüzi ir hissəsini təşkil etdiyindən, Azərbaycanın faiz siyasətində mühiti onlar müəyyən eləmir... 2. Kənd Təsərrüfatı Kreditləri Agentliyinin ayırdığı kreditlərşhəmin mənbə hesabına aqrar sahəyə müəyyən qədər kredit yönəldilir.Bu vəsait də aqrar sahənin real investisiya tələbatından qat-qat aşağıdır. 3.Kommersiya banklarının təklif etdiyi kreditlər Bankların təklif etdikləri kreditlərin məbləğı 13 milyard matata yaxındır. Azərbaycanda orta illik bank faizləri rəsmən 15 faiz ətrafında göstərilsə də, bu göstərici nominal hesabla 26 faizə, bəzi halalarda isə hətta 36 faizə çatır.Doğrudur, Azərbaycanda elə birgə banklar var ki, MDB məkanı üçün orta hesab oluna biləcək səviyyədə faizlərlə işləyir, yəni sahibkarlar üçün ticarət, xidmət, inşaat, istehsal və kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən fərdi sahibkarların dövriyyə vəsaitlərinin kreditləşdirilməsi üçün illik 15-20 faiz dərəcəsi ilə 750 000 manat məbələğinədək 24 ayadək kreditlər verilir.Amma əksər banklar müştəriyə aid olan risklərin səviyyəsi və dərəcəsindən asılı olaraq, sahibkarlar üçün təklif edilən kreditlər illik 24-36 faiz ilə verilir. Bu isə Mərkəzi Bankın uçot dərəcəsindən (4,75 faiz) müvafiq surətdə 5-7,6 dəfə yüksəkdir. Kiçik həcmli (1000 - 10 000 manat arasında) biznes kreditləri verən bank olmayan kredit təşkilatlarının təqdim etdiyi kreditlər bir sıra hallarda hətta 40-42 faizə verirlir.Azərbaycan banklarının kreditləri üzrə faizləri bir qayda olaraq daha çox 25-28 faiz olduğu halda, postsovet məkanın diğər enerjidaşıyıcılı ölkələri olan Qazaxıstanda 12-13 faiz,Rusiyada 16 faiz ətrafındadır. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 2008-ci ildə 10 faiz, 2009-cu oldə 2 faiz, 2010-cu ildə-3 faiz, 2011-ci ildə- 5,25 faiz, 2012-ci ildə- 5 faiz olub və hazırda 4,75 faiz təşkil edir. Bu intervaldakı dəyişikliklərin kommersiya banklarının təklif etdiyi kreditlərin faiz dərəcəsinə, cüzi məqamları çıxmaq şərtilə, elə bir təsiri olmayıb. Çünki Azərbaycanda kommersiya banklarının cəlb etdikləri vəsaitlərin çox az hissəsi Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resurslarıdır. 2013-cü ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi faiz dəhlizinin aşağı həddi 1%, yuxarı həddi 7% təşkil edib, uçot dərəcəsi isə 5%-dən 4,75%-ə endirilib. Kommersiya bankları əhalidən və kənar mənbələrdən kreditləri illik cəmi 10-12%-lə götürdükləri halda, fiziki və hüquqi şəxslərə, qeyd etdiyimiz kimi,24-36%-lə təklif edirlər. Bu tədbirlərə baxmayaraq, eləcə də depozitlər üzrə orta illik faiz dərəcəsi 8% olduğu halda, kredit faizləri bundan 3-4 dəfə yüksəkdir.Müqayisə üçün qeyd edək ki,postsovet məkanına aid olan ölkələrin əksəriyyətində kreditə görə faizlər 10-20 faiz arasında dəyişir.Baltikyanı ölkələrdə kreditlər illik 10 faizin altında, qonşu Gürcüstanda isə təxminən 10 faizlə verilir. Türkiyədə də faiz dərəcələri 10 faizin altındadır. Çində bu rəqəm 6 faiz ətrafındadır. Hər bir Çin ailəsi 4-6 faizlə 20-30 il müddətinə mənzil, avtomobil, mebel və sair almaqdan ötrü kredit götürə bilər. Postkommunust məkanına aid olan Şərqi Avropa ölkəlrində də faiz dərəcələri əlçatanlığı ilə fərqlənir. Məsələn, Çexiyada faiz dərəcəsi 2,3 faizdir. Bir çox müsəlman ölkələrində isə banklar xidmət haqqı və müəyyən nüanslar istisna olmaqla faizsiz işləyir... Görülən tədbirlərə baxmayaraq, hazırda Azərbaycanda bu sahədə vəziyyət getdikcə kritikləşir. Ona görə də ölkədə iqtisadi fəallığın yüksəldilməsi, biznes qurumlarının maliyyələşdirilməsində aparıcı rola malik kommersiya banklarının təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə haqlı narazılıqlar və ciddi suallar doğurur.

Azərbaycanda bank keditlərinin yüksək olmasının görünən və göünməyən tərəfləri vardır. Görünən tərəflər içərisində aşağıdakı məqamlar daha çox təzir gücünə malikdir: - kreditlərin qaytarılmasında risklərin yüksək olması; - kredit resurslarının məhdudluğu (əslində bu amil nisbi xarakter daşıyır, çünki Azərbaycan kredit resursları yetərincə artırmaq iqtidarındadır); - kredit portfelinə cəlb edilən resursların dəyərinin baha olması; - bank sektorunda oturuşmuş bazar münasibətlərinə xas olan rəqabətin olmaması və inhisarçılıq meyllərinin olması; - inzibati xərclərin və xidmət haqqlarının daim artması və sair. Bundan əlavə bəzi kommersiya bankları müştəri cəlb etmək naminə kreditlərin nominal deyil, effektiv faiz dərəcələrini elan edir, reallığı əks etdirməyən reklam kompaniyası aparır və yüksək faizlə verdikləri kreditləri aşağı faizli kimi təqdim etməyə çalışırlar. Borcalandan kreditə görə komissiya, sığorta, nağdlaşdırma, girovun saxlanması və digər xərclərin tutulması son nəticədə faiz dərəcələrinin yüksəlməsinə gətirib çıxarır.Çünki müştəri krediti 15-16 faizlə götürdüyünü düşünür, amma bundan 1,7-1,8 dəfə yüksək, yəni 26-28%-lə ödəniş edir. Amma bu sahə ilə iş görən çoxlarına məlumdur ki, bankda faiz dərəcələri, xidmətlə bağlı ödənişlərdən əlavə, hələ də bir sıra hallarda “şapka” və sair şəklində qeyri-rəsmi ödənişlərə də rast gəlinir. Məsələyə geniş səpgidə yanaşdıqda, Azərbaycanın kredit bazarını aşağıdakı kimi səciyyələndirmək olar: - kreditlərə görə faizlərin ifrat dərəcədə yüksək olması; - kredit bazarınız sürətlə inkişaf etməsi; - kredir bazarının Azərbaycan üçün yeni hadisə olması və bu bazarın hələ çox cavan olması; - kreditə tələbatın orta dünya tempindən sürətlə artması; - kredit bazarının sürətlə inkişafına rəğmən, bu bazarın çoxları üçün əlçatan və populyar olmaması. Ona görə də istər dünya çapında, istər postkommunust, istərsə də MDB məkanında ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan bankları ön yerlərdən birini tutur. Bazarlarda risklərin hələ də qaldığını əsas gətirən bank mütəxəssisləri indiki faiz dərəcələrini təbii sayırlar. Bank sahəsində çalışanların dediklərinə görə, Azərbaycanda bank kreditlərinin faiz dərəcələri çox yüksək olsa da, onlara həmin faizin yalnız 5-7 faizi çatır. Yüksək faizlə kredit verməklə banklar bir növ qaytarılmayan kreditləri sığortalayır. Yəni ödəməyi bacarmayan müştərinin vurduğu ziyan digər ödəyəcinin yüksək faizi hesabına bağlanır. Kommersiya banklarının yüksək faizli kreditlər təklif etməklə qısa müddətdə daha çox gəlir əldə etməyə çalışmalarıdır. Belə yanaşma banklara sərf etsə də, ölkə iqtisadiyyatı və sosial sahədə bir sıra ciddi problemlərin qabarmasının katalizatoru rolunu oynayır. Bütün bunların nəticəsində: Azərbaycanda yeridilən bahalı kredit siyasəti ölkədə rəqabət qabiliyyətli real sektorun inkişafını ləngidən əsas amillərdən birinə keçrilmişdir. Bu cür yüksək faiz dərəcələri həmin kreditlərin real sektora geniş tətbiqini mümkünsüz edir, tətbiq edildikdə isə real sektorda istehsal olunan məhsulları daha bahalı edir və həmin sahibkarın bankrot təhlükəsi ilə üz-üzə qoyur;

Yüksək faizli bank kreditləri Azərbaycabda istehsalla məşğul olan kiçik və orta müəssilərin fəaliyyətinin kütləviləşməsininə, sürətli inkişafına, biznesinin genişləndirilməsinə mane olan amillər içərisində əsas rollardan birini oynayır. Ona görə də normal faiz siyasəti yürüdən oturuşmuş bazar iqtisadiyyatlı ölkələrdə ÜDM-in yarıya qədəri kiçik, qismən də orta müəssilərin payına düşsə də, Azərbaycanda kiçik biznesin ÜDM-də və dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı rolu çox cüzi və simvolikdir;

Faiz dərəcəsinin yuxarı olması innovasiyalı inkişaf sahələrinə investisiyaların həcminin ixtisarına gətirib çıxarır. Faiz dərəcəsi nə qədər aşağı olarsa, iş adamları üçün mənfəətlə investisiya qoymaq imkanları da bir o qədər yüksək olar;

Yüksək faiz dərcələri, eləcə də kreditlərin verilişindəki əngəllər iş adamlarının kredit resurslarına çıxışını məhdudlaşdırır;

Yüksək faizli kreditlər problemli kreditlərin payını artırır;

Yüksək faizli krediti hər adam vaxtında qaytara bilmədiyindən, nəticədə girov qoyduğu şeylər insanların əlindən çıxır. Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir ki, nəticədə vətəndaşların,fiziki və hüquqi şəxslərin bir hissəsi çıxılması mümkünsüz olan borc çuxuruna yuvarlanıb, maşınını, torpaq sahəsini, zinət əşyalarını, mənzilini, bürövlükdə evini,firmasını, digər obyektlərini itirənlərin sayının sürətlə artmasına gətirib çıxarır.Belə vəziyyət bank kreditlərindən reğionlarda istifadənin dairəsini genişlənləsin,leqal orta təbəqənin xüsusi çəkisinin artmasına,regionların qalxınmasına mənfi təsir göstərir.Azərbaycanda bank kreditləri sahədəki vəziyyət qaydaya salınmasa, bu sahədə yaranmış problemlər yaxın illərdə istehlak kreditləri problemi yaradacaq.... Orta gələcəkdə isə ciddi sosial narazılıq mənbələrindən birinə çevrilib, arzuolunmaz kataklizmlər yarada bilər. Azərbaycan iqtisadiyyatının, xüsusən də neftdənkənar sahələrdə artımın keyfiyyətinin yüksəldilməsi xeyli dərəcədə ölkədə ədalətli faiz siyasəyinin həyata keçirilməsindən asılıdır. Ona görə də dövlətin bu sahədə vəziyyətin normallaşdırılması işinin sürətləndirilməsinə təsir göstərməsini zəruri hesab edirik. Hazırkı şəraitdə kommersiya banklarının əhaliyə və sahibkarlara verdiyi kreditlərin faiz dərəcəsini aşağı salmaqdan, ümumiyyətlə kreditləri ucuzlaşdırmaqdan ötrü aşağıdakı tədbirlərin həyata keçirilməsini vacib sayırıq: 1. Azərbaycanda faiz dərəcələrinin aşağı düşməsinə təsir göstərə bilən pul-kredit siyasətinin həyata keçirilməsi. Bank sektorunda sivil bazar münasibətlərinin tələbləri əsasında sərbəst fəaliyyətin təmin edilməsi, rəqabət mühitinin formalaşmasına xidmət edən tədbirlər kompleksinin həyata keçirilməsi 2. Mərkəzi Bankın kommersiya banklarına ayırdığı mərkəzi kreditləşmənin artırılması və eyni zamanda müxtəlif tənzimləmə alətləri vasitəsi ilə kommersiya banklarının kreditə olan tələbatlarının səviyyəsinə təsir göstərməsi 3. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərə görə uçot dərəcəsinin aşağı salınması

4. Ölkədə mövcud kredit faizlərinin reallıqdan daha yüksək olmasının qarşısını almaqdan ötrü, Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin faiz dərəcələrinin əsaslandırılması üzrə tələblər hazırlanıb həyata keçirilməsi

5. Bankların texniki və digər xərclərinin azaldılması 6. Mövcud maliyyə resurslarınından istifadənin səmərəliliyinin artırılası 7. Azərbaycanda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşır. Onun Dövlət Neft Fondunda olan hissəsindən 1-2 milyard manatını aşağı faizlə özəl kommersiya bankları vasitəsilə perspektivli istehsal sahələrinə yönəldilməsi. 8. Ölkədə güclü aqrar-sənaye bankın yaradılası və onun ucuz kredit resursları ilə təmin edilərək kənd təsərrüfatına və onula bağlı sahələrə, eləcə də innovasiyalı inkiaşaf sahələrinə aşağı faizli kreditlərin verilməsi.Bu zaman sosial sahibkarlığın,innovasiya fəaliyyətinin və nanotexnologiya sahələrinin güzəştli kredit mexanizmi vasitəsilə dəstəklənməsinə üstünlük verilməsi. 9. Kreditlərin sığorta fondunun yaradılması 10.«Əmanətlərin sığortalanması haqqında» Qanunda müvafiq dəyişikliklər etməklə, kompensasiya məbləğinin 30 min manatdan 50 min manata çatdırılması və kompensasiya olunacaq əmanətin faiz dərcəsini tədricən 10 faizdən aşağıya doğru endirilməsi

11. Banklar tərəfindən müştərilərinin hüquqlarının qorunmasına diqqətin artırması, əhalinin maliyyə sahəsi üzrə biliklərinin azlığında sui istifadə edilməsinin qarşısını almaq və onlara təqdim olunan kreditlər üzrə real faiz dərəcələrini tam və şəffaf əsaslandırılmasına nail olunması və sair.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 2014-cü il yanvarın 1-dən 10 milyon manatdan 50 milyon manata qaldırılacaq. Mərkəzi Bank hesab edir ki, bu addım ölkə banklarının kapital bazasının gücləndirilməsi, onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi, bank sektoruna olan etimadın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə bu addım həm də ölkədə bahalı kredit siyasətindən orta faizli kredit siyasətinə keçidlə müşayət olunmalıdır. Maksimalizmə varmadan, real situasiyanı obyektiv dəyərləndirməklə belə bir qənaətə gəlmək olar ki, həmin sadalanan tədbirlərin kompleks və sistemli şəkildə həyata keçirilməsi orta perspektivdə kommersiya banklarında əvvəlcə faiz dərəcələrinin bir neçə faiz azalmasına, sonra isə postsovet məkanın orta faiz göstəricisinə yaxınlaşmasına imkan verər. Faiz dərəcələrini oturuşmuş bazar iqtisadiyyatlı ölkələrin səviyyəsinə endirməkdən ötrü isə maliyyə-bank sistemində sivil bazar münasibətlərinin tələblərinə cavab verən səviyyədə köklü islahatların həyata keçirilməsinə və sağlam rəqabət mühitinin formalaşdırılmasına ehtiyac vardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü